Mərkəzi Bank banklara verdiyi borcu geri alır | Banco.az

Mərkəzi Bank banklara verdiyi borcu geri alır

Mərkəzi Bankın banklara qarşı tələbləri (banklara verdiyi borc) azalmaqda davam edir.

Tələblər 2018-ci ilin Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda 14,6 milyon manat azalıb. Sentyabrın sonunda 409.3 milyon manat təşkil etmiş tələblər Oktyabrın sonunda 394.6 milyon manata düşüb.

2017-ci ilin sonunda Mərkəzi Bankın banklara qarşı tələbləri 507.6 milyon manat, 31 Oktyabr 2017-ci il tarixində isə 566.6 milyon manat idi. Beləliklə, ötən ilin sonu ilə müqayisədə tələblər 113 milyon manat, ötən ilin Oktyabr ayının sonu ilə müqayisədə isə 172 milyon manat azalıb.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ilin sonunda Mərkəzi Bankın banklara qarşı tələbləri 1 milyard 695,5 milyon manat təşkil etmişdi. Ötən il Mərkəzi Bank banklara verdiyi borcun 1 milyard 187,9 milyon manatını geri alıb.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et