Mərkəzi Bank “Bakutel 2017” sərgisində iştirak etdi | Banco.az

Mərkəzi Bank “Bakutel 2017” sərgisində iştirak etdi

Bakı şəhərində keçirilən və İKT sahəsi üzrə aparıcı tədbir hesab olunan “Bakutel 2017” – 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında Mərkəzi Bankın da iştirakı təmin edilmiş və Mərkəzi Bankda tətbiqi yeni həyata keçirilmiş dünyanın ən qabaqcıl “İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi sistemi” (İTSM) olan BMC Remedy məhsulu ilə bağlı təqdimat nümayiş etdirilmişdir. Təqdimat zamanı informasiya texnologiyaları sahəsində qabaqcıl təcrübə toplusu olan İTİL metodologiyası əsasında hazırlanmış və Müraciətlərin və İnsidentlərin idarə edilməsi proseslərini əhatə edən BMC Remedy sisteminin funksional imkanları haqqında geniş məlumat verilmişdir. Daha sonra, İTSM-in digər komponenti olan və Mərkəzi Bankın lokal şəbəkəsinə qoşulmuş bütün avadanlıqların konfiqurasiyalarının real vaxt rejimində izlənilməsi imkanını yaradan Konfiqurasiyaların idarə edilməsi sistemi nümayiş etdirilmişdır.

Ən sərfəli kredit üçün müraciət et

         Beynəlxalq standartlara uyğun müasir informasiya texnologiyaları infrastrukturunun qurulması məqsədilə dünyada baş verən yeniliklərin izlənilməsi və İKT üzrə təşkil olunan sərgilərdə iştirak edərək innovativ texnoloji həllərin araşdırılması və öyrənilməsi Mərkəzi Bankın daim diqqət mərkəzindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et