Mərkəzi Bank 100 milyon manat cəlb edib | Banco.az

Mərkəzi Bank 100 milyon manat cəlb edib

09 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100259S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 100 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Banco.az məlumat verir ki, hərrac zamanı 13 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 260,410,600.00 AZN təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Sifarişlər 99.1148 AZN (11.48%) və 99.2278 AZN (10.01%)qiymət intervalında təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti –99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Qeyd edək ki, notların ödəmə tarixi 06.09.2017-ci ildir.

Ən sərfəli krediti almaq üçün müraciət et