"Mərkəz bankların "sursatları" bitdi" | Banco.az

"Mərkəz bankların "sursatları" bitdi"

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) rəhbəri Angel Gurria qlobal maliyyə böhranından 10 il sonra mərkəzi bankların iqtisadiyyatı dəstəkləmək üçün artıq "sursatları" (cəbhəxanaları) qalmadığını söyləyib.

Gurria bu açıqlamanı, dünyanın ən böyük mərkəzi banklarından ABŞ Mərkəzi Bankı (Fed) və Avropa Mərkəzi Bankının (ECB) faiz endiriminə hazır olduqlarını bildirmələrinin ardından verib. 

Hazırda yavaş olan iqtisadi artımı daha da ləngidən ABŞ - Çin arasındakı ticarət müharibələri, mərkəzi bankların daha "göyərçin" mövqeyə keçmələrinə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Gurria CNBC-yə verdiyi açıqlamada mərkəzi bankların ötən 10 ildə iqtisadi fəallığı dəstəkləmə addımları olmasaydı dünyanın daha pis bir vəziyyətdə olacağını, ancaq artıq bankların "sursatlarının" da tükəndiyini qeyd edib.

Bundan sonra iqtisadi fəallığı dəstəkləmək üçün maliyyə siyasətlərinin daha mühüm rol oynaması lazım olduğunu söyləyən Gurria, "Bəzi ölkələr borcların öhdəsində gələ bilir, bəzi ölkələr də, çox xərclədiyindən çox borclanıb. Bu səbəbdən növbəti addım maliyyə siyasəti olacaq",- deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et