“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək | Banco.az

“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Mayın 18-də, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19A ünvanında yerləşən ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank"ın səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et