"Meqa Sığorta" kapitalını artırır - 1,5 MİLYON MANAT | Banco.az

"Meqa Sığorta" kapitalını artırır - 1,5 MİLYON MANAT

"Meqa Sığorta" şirkəti nizamnamə kapitalını artırır. Martın 18-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Meqa Sığorta" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək səhm buraxılışı qeydə alınıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 5000 manat olan 300 ədəd adi sənədsiz adlı səhm buraxılması nəzərdə tutulur. Emissiya nəticəsində şirkətin nizamnamə kapitalı 1,5 mln. manat artaraq 10,5 mln. manatdan 12 mln. manata qalxacaq. "Meqa Sığorta"dan verilən məlumata görə, nizamnamə kapitalının artırılması şirkətin əlavə sərbəst vəsaitinin yaranması ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et