Mənzillərin qiymətinə dair – AÇIQLAMA | Banco.az

Mənzillərin qiymətinə dair – AÇIQLAMA

“Mənzillərin qiyməti enməkdə davam edəcəyi ilə bağlı statusumdan sonra “mənzillərin qiymətinin artacağı” və hətta “artıq qiymət artımlarının olması” haqda xəbərlər bir sıra mətbu orqanlarında özünə yer tapmaqdadır. 

Maraqlıdır ki, oxşar reaksiya 2014-cü ildən bəri müşahidə edilir. 2014-ci ilin ortalarında qiymət azalmalarını proqnozlaşdıran zamanda “spekulyativ qiymət artımları” xəbərləri bəzi mətbu qurumlarda yer alırdı”.

Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək:

“Hətta bir neçə gün öncə “mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması” barədə xəbərlər yayıldı. Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq, o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə belə araşdırma aparanlar zarafat edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha, heç öz qiymətinə belə satmaq mümkün deyil. 

Real tələb və təklifə əsasən, qiymət azalmaları proqnozlaşdırılır, amma bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar.

Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zamanda mənzil almağa çalışacaq və bir tərəfdən vətəndaş yüksək qiymətə mənzil alacaq, digər tərəfdən süni tələb yeni qiymət artımlarına yol açacaq. 

Əvvəllər də qeyd etdiyimiz kimi, əmlak bazarında və eləcə də inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər.

Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək”.

Ən sərfəli krediti almaq üçün müraciət et