"Məni əvəzləyəcək möhtəşəm insan axtarışındayıq" - RABİTƏBANK | Banco.az

"Məni əvəzləyəcək möhtəşəm insan axtarışındayıq" - RABİTƏBANK

“Rabətəbank” ASC-də marketinq direktoru Elmir Əliyev öz istəyi ilə fəaliyyət istiqamətini dəyişir. Bununla bağlı E.Əliyev şəxi facebook profilindəki paylaşımında bildirib. O qeyd edib ki, 2019-cu ilin yanvar ayından artıq “Rabitəbank”da digər sahədə fəaliyyətini davam etdirəcəkdir.

E.Əliyevin Facebook statusunu olduğu kimi təqdim edirik:    

“Dostlar, artıq 11 aydan çoxdur ki, Rabitabankda çalışıram və bu müddət ərzində marketinqdən cavabdeh olan şəxs kimi inanıram ki, brendin kiçik transformasiyasını uğurla başlada bilmişik.

Ən sərfəli kredit üçün müraciət et

Görülən işlər fonunda, çiyin-çiyinə olduğum insanlarla bərabər bank sektorunda yaratdığımız fərqliliklər, əminəm ki, brendi daha da irəli aparacaq.

Gələn ilin əvvəli etibarı ilə fokusumu adminsitrativ idarəçilikdən daha çox bank daxilində məhsul və yaradıcılığa yönləndirmək istəyirəm. Buna görə də, hazırki Marketinq Direktoru mövqeyində məni əvəzləyəcək möhtəşəm insan axtarışındayıq. Detallı vəzifə təlimatlarının olduğu linki gün ərazində sizlərlə bölüşəcəm amma istənilən halda siz başvurunu [email protected] emaili ilə edə bilərsiniz. Suallarınız olsa yazın, imkan olan kimi cavablandıracam”.

Ən sərfəli krediti almaq üçün müraciət et