Mənfəət vergisi bəyannaməsinin 5 №li əlavəsi təsdiqlənib | Banco.az

Mənfəət vergisi bəyannaməsinin 5 №li əlavəsi təsdiqlənib

Mənfəət vergisinin bəyannaməsini təqdim edən vergi ödəyicilərindən 5 №li əlavəni doldurmaq tələb olunur

Əlavə Vergi Məcəlləsinin 106-cı maddəsinə əsasən azadolmalar və güzəştlər ilə bağlı zəruri göstəricilər əks etdirilməklə tərtib və təqdim olunur. Vergi ödəyiciləri 5 №li əlavəni tərtib edərkən qaydalarla tanış olmalı, tərtibat zamanı müvafiq şərtlərə riayət etməlidirlər. Əlavənin bölmələrində vergi ödəyicisi haqqında, azadolmalar və güzəştlər barədə məlumatlara uyğun olaraq müvafiq xanalar düzgün doldurulmalıdır. Təqdim edilmiş əlavədə aparılan hesablamalardakı riyazi səhvlər vergi orqanı tərəfindən düzəldilir və müvafiq proqram təminatı vasitəsilə düzgün hesablanmış vergi məbləğləri birbaşa baza göstəricilərinə daxil edilir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et