Məhşur filmlərə nə qədər pul xərclənib? | Banco.az

Məhşur filmlərə nə qədər pul xərclənib?

Bir çoxlarımız film həvəskarıyıq. Bunu nəzərə alan film sənayesi, peşəkarları hər il bu sahəyə daha çox yatırım edərək daha çox gəlir əldə edirlər, çünki kinosuz həyat təsəvvür etmək qeyri-mümkündür. Hələ bu kinolar çox böyük kütlənin diqqət mərkəzindədirsə, bu sahənin həyatımızdakı rolu danılmazdır.

Bu günki yazımızda sizi ən çox yatırım edilmiş 5 kino ilə tanış edəcəyik.

1. Pirates of the Caribbean: At World's End – Karib dənizinin quldurları: Dünyanın sonu

Bu film bir çoxlarının bəyəndikləri siyahıda başda gəlir. Filmdə bir çox insanlar rol alsa da yəqin ki, ən yadda qalanı məhz Kapitan Sərçədir. Conni Depin ifa etdiyi bu rol sahib olduğu maraqlı xarakterik xüsusiyyətinə görə çox sevilir və rəğbət görür.

2007-də çəkilən filmin təşkil etdiyi büdcə 300 milyon dollar olub. Xatırladaq ki, artıq yeni seriyanın treyleri izləyicilərə təqdim olunub.

2. Digər film bütün dünyada məhşur olan 1997-də çəkilmiş Titanik filmi tutur. Film möhtəşəm səs və işıq effektləri və aktyor, aktrisa heyəti ilə izləyicilərin ürəyini fəth edə bilib. Filmin büdcəsi 200 milyon dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

3. Növbəti film isə Spider Man 3 filmidir. Filmin büdcəsi 250 milyon dollar təşkil edir.

4. Bu film yeqin ki, həm böyüklər, həm də kiçiklərin sevimlisi Harry Potter kinosuna aid “Harry Potter and the Half-Blood Prince “ seriyasıdır.  Filmin büdcəsi 250 milyon dollar təşkil edir. Xatırladaq ki, kinonun kitabları da rekord sayda satılaraq Joanne Rowlingə yetərincə sərvət qazandıra bilib.

4. Bir çoxlarının sevimlisi olan Avatar filminin də büdcəsi nə az nə çox 237 milyon dollar təşkil edir. Seriyanın ikinci hissəsi üzərində işlər getməkdədir. İkinci hissənin daha möhtəşəm olması gözlənilir, çünki büdcəsi birincidən də çox olub, 250 milyon dollar təşkil edir. Amma film həvəskarlarına səbrli olmağı tövsiyə edərdik çünki verilən məlumatlarda fimin 2020-ci ildə ekranlara çıxacağı bildirilir.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et