Məhsulun qablaşdırma dizaynını necə etməli?: 2017-ci ilin ən yaxşı nümunələri - FOTO | Banco.az

Məhsulun qablaşdırma dizaynını necə etməli?: 2017-ci ilin ən yaxşı nümunələri - FOTO

Qablaşdırma dizaynı, məhsulun müştəri tərəfindən diqqət çəkilməsinin ən önəmli ünsürlərindən biridir.

Başa çatmaqda olan ilin ən yaradıcı dizayn edilmiş 10 məhsul qablaşdırmasından bəhs edəcəyik.

-Helvetimart

“Helvetimart” İsveçrənin Lozan şəhərində yerləşən supermarketdir.

Supermarketdə İsveçrənin əyalətlərindən gətirilən məhsullar satılır. “Helvetimart” Meksika qarfik dizayn studiyası ilə əməkdaşlıq edir. Studiya əyalətlərdən gətirilən məhsulların üzərində yerli şəhərə xas bayraq və antik memarlıq arxitekturasına uyğun marka kimliyi yaradıb.

-Delysoy

Ənənəvi qablaşdırma dizaynları müştərilərin qablaşdırmanı açmadan məhsulu görməsinə icazə vermir. Modern dizaynerlər isə əksinə qablaşdırmanın içərisini qismən də olsa görməyə imkan verən yeni qablaşdırma dizaynından istifadə edirlər. Bu fikir, yaradıcı dizaynlarla harmoniya təşkil etdikdə ortaya əyləncəli qablaşdırma dizaynları çıxır. Makaron markası “Delysoy”un məhsulun yeni qablaşdırma dizaynı isə bu fikrin ən yaxşı nümunələrindən biri olaraq diqqət çəkir.

-Talor&Jorgen

Norveç markası “Talor&Jorgen” dünyanın müxtəlif bölgələrindən gətirdikləri qəhvə çəkirdəklərini təzə və qovrulmuş şəkildə kiçik qutularda yerləşdirir. Şirkət qəhvə abunəliyi xidməti təklif edir. Oslonun “Bielke&Yang” adlı qrafik studiyası ilə birgə hazırlanan “Talor&Jorgen”in qəhvə qutularının rəngi qablaşdırması, markanın əlçətan mövqeyi və qəhvənin təzəliyini ifadə edir.

-Trafiq

Fərqli və qarışıq olmayan dizaynlar hər zaman yaxşı qəbul edilir. Bu il dizaynerlər hər zamankindən fərqli olaraq daha minimalist dizaynın, mükəmməl rənglərin, qısa mesajların gücünün üzərində dayanmış kimi görünür. Caterinq xidməti verən “Trafiq” adlı kafe və restoran məhsullarının qablaşdırma dizaynı da qeyd olunan fikirə əsaslanaraq hazırlanıb.

-Monstea

Qablaşdırma dizaynın yaradıcı olması ilə yanaşı, çox funksionallı və əyləncəli olması da önəmlidir. Xüsusilə, uşaqlara məxsus məhsullarda bu ünsürlərin olması böyük önəm daşıyır. Hazır çay markası olan “Monstea”nin məhsullarının qablaşdırma dizaynı da bütün sadalanan ünsürləri özündə cəmləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

-İcelandic Glacial

Məhsulunun əsas xüsusiyyətlərindən ya birini, ya da bir neçəsini birdən özündə təmsil edən qablaşdırma dizaynları hər zaman məhsulu ən yaxşı ifadə edən qablaşdırma dizaynları hesab olunur. Təbii ki, belə bir qablaşdırma dizaynı edən zaman dizaynerin yenə bunu yaradıcı bir şəkildə ifadə etməsinə ehtiyac var. Bu tərz qablaşdırma dizaynına ən yaxşı nümunələrdən biri “Icelandic Glacial” adlı buzlu suyun şüşə dizaynı önə çıxır.

-Puree

Bəzi markalar müştərilərinə daha orjinal və nostalji hisslər bəxş etmək üçün məhsullarını poçta atılacaq məktub şəkilində qablaşdırırlar. Bu qablaşdırma dizaynı tamamilə məhsulun cəlbediciliyini artırır. Təzə meyvə-tərəvəz məhsulu istehsal edən “Puree” markası da məhsullarında bu tərz dizaynı ən yaxşı şəkildə istifadə edən markalardan bəlkə də birincidir.

-Milkö

“Milkö” əslində Brazilyalı bir tələbənin tipoqrafiya dərsi üçün hazırladığı dizayn layihəsidir. Bu layihəni inkişaf etdirən Giovani Flores adlı Braziliyalı tələbə, “Milkö” adını verdiyi bu süd şüşələrinin dizaynı əvvəldən sona qədər özü edib. Loqonu isə əl istehsalı bir yazı növündən istifadə edərək hazırlayıb.

-Firefly

“Firefly” qırmızı frenk üzümü, qreyfurt kimi meyvələr və yaşıl qəhvə, mələkotu kimi bitkilərdən istifadə edilərək hazırlanan meyvə suyu markasıdır. Meyvə suyunun qablaşdırılmasında içindəkilərə uyğun olaraq çeşidli çiçək və bitkilərin yer aldığı rəngli bir dizayna üstünlük verilib. “Firefly”ə məxsus bu rəngli qrafik dizayn Londonun “B&B Studio” tərəfindən edilib.

-Resonance

Rənglərin duyğuları təşviq edərək satış qərarına təsir etmək kimi xüsusiyyəti var. Buna görə də, rənglər qablaşdırma dizaynında ən önəmli ünsürlərdən biri olub. Qablaşdırma dizaynında rənglər nə qədər yaxşı istifadə olunarsa məhsulun müştərinin diqqətini çəkmə ehtimalı da bir o qədər artacaq. İçki markası bu fikirdən çox ustalıqla istifadə edə bilib.

Mənbə: facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et