"McDonald's"ın ticarət markası əlindən alındı | Banco.az

"McDonald's"ın ticarət markası əlindən alındı

"McDonald's" Avropa Birliyində (AB) "Big Mac" burger ticarət markasını itirdi.

Avropa Birliyi Əqli Mülkiyyər Dairəsi "fast-food" nəhənginin markanı AB-nin qanunlarına uyğun istifadə etmədiyi ilə bağlı qərar verib. Qərar dərhal qüvvəyə minib və "Big Mac" ticarət markası "McDonald's"ın əlindən alınıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, İrlandiyanın "Supermac" adlanan restoranlar şəbəkəsi 2 il əvvəl ticarət markasının özlərinə məxsus olması ilə bağlı iddia qaldırmışdı.

"McDonald's" isə qərara etiraz edəcəyini və bu qərarın ləğv olunacağına əmin olduğunu deyib.

Finans.az

Ən sərfəli krediti almaq üçün müraciət et