MB-in sədri manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib | Banco.az

MB-in sədri manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib. E.Rüstəmov manatın devalvasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib.

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı E.Rüstəmov 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub.

Mərkəzi Bankın sədri qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manatdan artıq vəsait sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.

E.Rüstəmov deyib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O, qeyd edib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-ci illərin əvvəlində baş vermiş ucuzlaşmadır: “Həm ekspertlərin, həm də beynəlxalq investisiya banklarının proqnozuna görə neftin ucuzlaşması hələ davam edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç