Martda bank kartlarının sayı dəyişməyib | Banco.az

Martda bank kartlarının sayı dəyişməyib

2019-cu ilin Mart ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 624 min ədəd təşkil edib.

Fevral ayının sonu ilə müqayisədə Martda cəmi ödəniş kartlarının sayı dəyişməyib.

Artım Yanvarda 39 min ədəd, fevralda 74 min ədəd təşkil etmişdi.

Fevral ayı ilə müqayisədə Martda sosial kartların sayı 1 min ədəd artaraq 2 milyon 536 min ədədə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Əməkhaqqı kartlarının sayı 7 min ədəd azalaraq 2 milyon 78 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 1 min ədəd azalaraq 1 milyon 224 min ədədə düşüb, kredit kartlarının sayı isə 7 min ədəd artaraq 786 min ədədə yüksəlib.   

2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-mart ayları ərzində cəmi ödəniş kartlarının sayı 113 min ədəd, o cümlədən sosial kartların sayı 14 min ədəd, əmək haqqı kartlarının sayı 38 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 135 min ədəd artıb. Kredit kartlarının sayı isə 74 min ədəd azalıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et