Manatın ucuzlaşması bizə nə qazandırır? | Banco.az

Manatın ucuzlaşması bizə nə qazandırır?

2008-ci ildəki qlobal maliyyə böhranı zamanı ağır günlərini yaşayan Amerika iqtisadiyyatını canlandırmaq üçün atılan əsas addımlardan biri də dolların məzənnəsinin aşağı salınması oldu. İxracın stimullaşdırılması məqsədilə atılan bu addım qısa müddətdə öz nəticəsini verdi. Dünyanın bir sıra ölkələrində milli valyutanın kursunun aşağı salınması ilə ixrac potensialının inkişaf etdirilməsi təmin edilir. Məsələn Çin mallarının bütün dünyada ucuz satılmasının səbəblərindən biri də bu ölkənin milli valyutasının dollara nisbətdə bahalaşmasına imkan verilməməsidir.

Manatın məzənnəsinin dollara nisbətdə bir qədər yumşadılması da Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara yol tapmasına imkan verəcək. Manatın devalvasiyasından sonra sahibkarlar üçün xarici bazarlara ixrac sərfəli olub. Məsələn, 1 dollar 78 qəpik olanda 60 qəpiyə ixrac olunan məhsulun dollarda qiyməti 75 sentə bərabər idisə, artıq devalvasiyadan sonra 60 qəpik 57 sent olub.

Ən sərfəli kredit üçün müraciət et

Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı: “Bu gün avro, türk lirəsi, çin yuanı, rus rublu, ukrayna qrivnası, Qazaxıstan təngəsi, iran rialı və digər Azərbaycanın ticarət tərəfdaşlığı olduğu ölkələrin milli valyutaları sürətlə ucuzlaşmaqda davam edir. Bu ucuzlaşma qarşısında manat öz sabitliyini qoruyurdusa, onda bizim ixracatçılar üçün çətinlik yaranırdı, çünki Azərbaycanın məhsul ixracı baha başa gəlirdi. 2015-ci ilin yanvar ayının göstəricilərinə əsasən, ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 124 milyon dollara çatıb. İxrac potensialımızın bu qədər artmasına ən çox təsir göstərən isə heyvan və bitki mənşəli yağlar, meyvə-tərəvəz, aliminium və ondan hazırlanan məhsullar, plasmas məmulatları və başqa qeyri-neft məhsulları təşkil edib. Manatın möhkəm olduğu bir vaxtda ixrac bu qədər olubsa, manatın məzənnəsinin ucuzlaşmasından sonra ixracın daha da artacağı gözlənilir.”

atvxeber.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç