Manatın real effektiv məzənnəsi apreldə cüzi artıb | Banco.az

Manatın real effektiv məzənnəsi apreldə cüzi artıb

Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il may ayının 1-nə 95,6 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu, aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 0,1 bənd yüksəkdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 3,4 bənd artıb.

Real effektiv məzənnənin sabit qalmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları - Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının dollarla müqayisədə ciddi dəyişiklik göstərməməsidir. Bu tendensiyanın may ayında da davam etməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş sayılır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et