"Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var” | Banco.az

"Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var”

Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.

Ən sərfəli kredit üçün müraciət et

“Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan iqtisadi sabitlik davam etsin. Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var”, - deyə o, qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et