Manat lari, lirə və rus rubluna qarşı: illik analiz | Banco.az

Manat lari, lirə və rus rubluna qarşı: illik analiz

Keçən məqaləmizdə dünyanın ən güclü və ən çox mübadilə olunan valyutalarından olan dollar, avro və ingilis funtu  ilə manatımızı müqayisə etmişdik. Bu məqalədə isə bizə qonşu ölkələrə nəzər salacağıq. Bəli biz bu gün, gürcü larisi, rus rublu və türk lirəsi haqqında danışacağıq. 

Gürcü larisində keçən ilə nisbətən bu il  2%-ə yaxın artım baş vermişdir.  Dünyada neft qiymətlərinin artması və  Rusiyaya olan investisiya maraqları rublun manat qarşısında 17% yüksəlməsinə səbəb oldu ki, bunu da rubl baxımından yaxşı göstərici hesab etmək olar.  Türkiyədə baş vermiş hadisələr, və həm siyasi, həm də itisadi məsələlər lirənin manat qarşısında 10% - dən çox dəyər itirməsinə yol açdı.

1 larinin 1 il ərzində ən baha olduğu dövr 03.04.2017 -ci tarixinə uyğun gəlir - 0.7163 AZN

1 rublun 1 il ərzində ən baha olduğu dövr  06.02.2017-ci il tarixinə uyğun gəlir -  0.0324 AZN

1 türk lirəsinin 1 il ərzində ən baha olduğu dövr  04.11.2016-ci il tarixinə müvafiq gəlir - 0.5308 AZN

İndi isə yuxarıdakı dediklərimizə vizual formada nəzər salaq: 

GEL : AZN cütlüyü, 18.10.2016 - 18.10.2017

RUB:AZN cütlüyü,  18.10.2016 - 18.10.2017

TRY:AZN cütlüyü,  18.10.2016 - 18.10.2017

2017-ci ilin oktybar ayının əvvəllərinə 0.6863 AZN ilə başlayan gürcü larisi 0,2 % azalaraq 0.6847 AZN səviyyəsinə düşüb.   Ayın əvvəllərinə  0.0295 AZN ilə başlayan rubl 0,7% artaraq 0.0297 AZN olub. Türk lirəsinə gəldikdə isə  0.4762  AZN ilə oktyabr ayına start götürən TRY-nin hazırki göstəricisi bundan 3% az, yəni 0.4638 AZN-dir.

Xəzər Aslanov

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç