Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda nə edilməlidir? | Banco.az

Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda nə edilməlidir?

- Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda nə edilməlidir?

- Bu zaman "Malların alış aktı" tərtib edilir ki, burada satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi "Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir.

Vergi ödəyicisi malları təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə) ilə almalıdır. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan "Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et