Maliyyə və mühasibat uçotu arasında fərq nədir? | Banco.az

Maliyyə və mühasibat uçotu arasında fərq nədir?

Maliyyə və mühasibat uçotu maliyyə hesabatının iki yarısıdır. Maliyyə və mühasibat uçotunu ən sadə yolla belə fərqləndirə bilərik: Belə ki, mühasibat uçotu keçmişə fokuslandığı halda, maliyyə gələcəyə daha çox diqqət yetirir.

Mühasibat uçotu maliyyə məlumatlarının çatdırılması üçün bir sistemdir. Bu sistem əməliyyatların qeydiyyatı və maliyyə hesabatlarının hazırlanmasını, firmaların maliyyə sağlamlığı ilə bağlı maliyyə hesabatlarının təhlilini ehtiva edir. Mühasiblər hadisələrin dəqiq qeyd olunmasını və maliyyə hesabatlarında şirkətin maliyyə vəziyyətini düzgün əks etdirməsini təmin etməklə vəzifələndirilirlər. Daha aydın desək, mühasibatın əsas vəzifəsi şirkətdəki bütün maliyyə hadisələrini qeydə almaq və bunun nəticəsində şirkətin mövcud maliyyə durumunu əks etdirməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə, mühasibat tərəfindən təqdim edilən mütəşəkkil məlumatları alır və gündəlik olaraq bir şirkətin idarə olunması və uzunmüddətli maliyyələşdirmə və büdcə qərarları vermək üçün istifadə edir. Maliyyə, gələcəkdə biznesə maliyyə axınlarının yaranacağını müəyyən edərək gələcəkdəki məqsədlərə nail olmağı hədəfləyir.

Maliyyə gələcəklə bağlı olduğundan, risk və qeyri-müəyyənliklə məşğul olmalıdır. Risklərin və qeyri-müəyyənliklərin qarşısının alınması, qiymətləndirilməsi və idarə olunması maliyyə menecerlərinin məsuliyyətinin böyük bir hissəsidir.

Ən sərfəli krediti almaq üçün müraciət et