Maliyyə savadlılığı portalında “Sığorta” haqqında animasiya yerləşdirilmişdir | Banco.az

Maliyyə savadlılığı portalında “Sığorta” haqqında animasiya yerləşdirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirləri cari ildə də davam etdirir. Maliyyə xidmətləri istehlakçılarının savadlılıq səviyyəsinin artırılmasına, onlara rasional qərarların qəbulunda intellektual dəstək göstərilməsinə yönəlmiş bu tədbirlər zamanı müasir elektron resurslardan aktiv istifadə olunur.

Hədəf qrupların biliklərinin artırılması üçün istifadə olunan elektron-intellektual alətlərdən biri olan Maliyyə savadlılığı portalında (www.bizimpullar.az) yeni “Sığorta” haqqında animasiya yerləşdirilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri ilə birgə hazırlanmış animasiyada konkret nümunələr əsasında sığorta haqqında anlayışlar izah edilmiş, istehlakçılara sığorta məhsulları seçimində diqqət yetiriləcək məqamlar barədə tövsiyələr verilmişdir. Animasiyanın hazırlanmasında əsas məqsəd sığorta prosesi, həmçinin sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi prinsipləri, eləcə də sığorta müqavilələrinın xüsusiyyətləri barədə əhalini məlumatlandırmaq, onların bu sahədə savadlılığını artırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Animasiya ilə aşağıdakı keçid linkində tanış olmaq olar:

https://bizimpullar.az/popup/media/125?cat=Blocks&file=0

Qeyd edək ki, Maliyyə savadlılığı portalı vasitəsilə iqtisadiyyat, mərkəzi bankçılıq, həmçinin maliyyə xidmətlərinə dair informativ materiallar və izahedici animasiyalarla tanış olmaq, iqtisadi məzmunlu oyun və kalkulyatorlardan istifadə etmək mümkündür

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç