Maliyyə sahəsinə aid qeyri-adi terminlər | Banco.az

Maliyyə sahəsinə aid qeyri-adi terminlər

Maliyyə sahəsində istifadə edilən qeyri-adi terminlərin mənasını bilirsinizmi?

Maliyyə sahəsi dedikdə ilk ağla pul və qrafiklər gələ bilər. Lakin bir çox insanın ilk dəfə eşitdiyi zaman maliyyə sahəsi ilə əlaqələndirə bilmədiyi qeyri-adi terminlər maliyyə aləmində tez-tez istifadə edilir.

Həmçinin oxu: Bank işində hər kəsin mütləq öyrənməli olduğu 9 termin!

Məsələn, ölü pişiyin belə hündür yerdən sürətlə düşdüyü zaman sıçraya biləcəyi fikri ilə birjada qeydə alınan kəskin azalmaların ardınca müvəqqəti artım üçün maliyyəçilər “ölü pişik sıçraması” deyimindən istifadə edirlər.

Ya da çətin bir layihəni qazanan şəxsə “qara cəngavər” deyilir.

Bu kimi bir çox qeyri-adi termin maliyyə jarqonunda yer alır.

Bugünkü məqaləmizdə həmin terminlərdən bəzi ilə sizləri tanış edirik.

Bəylik haqqı – pul kəsmə səlahiyyəti olan qurumun pul kəsərək əldə etdiyi real gəlirdir. Maliyyə fondundakı dəyişikliyin qiymətlərin ümumi səviyyəsinə nisbəti ilə ifadə edilir. İnflyasiyanın təkcə pul miqdarındakı artımdan qaynaqlanması halında senyoraj və inflyasiya vergisi bir-birinə bərabər olur.

Gilas yığmaq – meyllərin davam edəcəyini düşünərək sərmayəçilərin bir portfel içərisində yaxşı fəaliyyət göstərən yatırımları seçmələridir. Gilas yığmaq, həm fond idarəçiləri, həm də fərdi sərmayəçilər tərəfindən istifadə edilən, sərmayəçilərin aldığı qiymətli kağızlar hovuzu əhəmiyyətli dərəcədə azaldığı üçün fond araşdırmasına lazım olan müddəti azaldan bir üsuldur. Məsələn, birjalardakı bütün səhmləri araşdırmaq əvəzinə, sərmayəçi bir neçə yatırım fondlarını nəzərdən keçirə və ən yaxşı fəaliyyət göstərən seçilmiş yatırımları araşdıra bilər.

Zəng havası – bazar ilə eyni istiqamətdə hərəkət etmək üçün etibarlı böyük şirkətdən səhm almaq.

Parlaq daşlar – az sayda böyük yatırım etmək əvəzinə bir çox kiçik yatırım etməyi ifadə edir.

Çəkicləmək – texniki olaraq birja brokerinin səhvə yol verməsidir. Birjada normadan çox satışın reallaşması halıdır.

Körpü borclanma – bir əmtəəni satarkən digərini almaq üçün tələb edilən qısa vədəli borcdur. Bu üsuldan istifadə edənlər onun riskli və bahalı olduğunu bilirlər.

Həmçinin oxu: Sığorta sahəsində tez-tez işlənən 10 maraqlı termin!

Tamara Mustafayeva, Banco.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç