Maliyyə Nazirinin müavini - Harvard məzunu Emin Hüseynov | Banco.az

Maliyyə Nazirinin müavini - Harvard məzunu Emin Hüseynov

Emin Hüseynov 24 iyun 2016-cı ildə Azərbaycan Maliyyə nazirinin müavini təyin olunub.

O, magistr təhsilini Floridada (ABŞ) iqtisadiyyat üzrə alıb, əmək fəaliyyətinə 1998-ci ildə Dünya Bankının Azərbaycan bölməsində iqtisadçı kimi başlayıb. 2001-2003-də İMF-in Bakı bürosunda çalışıb. 2003-2005-də yenidən Dünya Bankına qayıdıb. 2005-ci ildən Mərkəzi Bankda Departament Direktoru işləyib. 2009-da isə Harvard Universitetini idarəçilik ixtisası üzrə bitirib.

Sonra isə Mərkəzi Bankın Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib Daha sonra ADA Universitetinin prorektoru olub. Ölkədəki savadlı kadrlardan hesab olunur.

12 noyabr 1974-cü ildə anadan olub.

Təhsili:

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.
1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb.
2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

İş  təcrübəsi:

1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı 
2001 – 2003-cü  illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtsadçı
2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı
2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru
2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru
2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı
2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru
2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor
2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektoru
2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.

 Evlidir, üç övladı var

Ən sərfəli krediti almaq üçün müraciət et