Maliyyə lizinqi almaq üçün sahibkar kimi uçotda durmaq tələb olunur | Banco.az

Maliyyə lizinqi almaq üçün sahibkar kimi uçotda durmaq tələb olunur

2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bankların fiziki şəxslərə lizinq vermək imkanlarını məhdudlaşdırıb. Məcəllənin 140.1-ci maddəsinə edilən dəyişikliyə görə, banklar fiziki şəxslərə lizinq verə bilməz. Lizinq hüquqi və fərdi sahibkarlara veriləcək.

Dəyişikliyin mahiyyətini şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bundan sonra maliyyəni yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ala bilərlər: "Yəni sahibkar kimi uçotda durmayan adi vətəndaş lizinq götürə bilməz. Əvvəllər belə bir qadağa yox idi. Elə buna görə də mobil telefondan tutmuş şəxsi məqsədlər üçün avtomobil almaq istəyənlər də lizinqə üz tuturdular. Lizinq xidmətləri xüsusilə 2014-cü ildə genişlənməyə başladı. Həmin dövrdə Mərkəzi Bank bank və bank filiallarından kənarda, o cümlədən pərakəndə ticarət obyektlərində kredit verməyi qadağan etdi. Nəticədə istehlak kreditlərinin bir hissəsi lizinqə çevrildi. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, lizinq, bir növ, məişətdən biznes sektoruna çevriləcək. Bu, təbiidir. Çünki lizinqin mahiyyəti biznesi dəstəkləmək, istehsal vasitələrini almağa pulu olmayan sahibkarlara bu vasitələri əldə etməyə imkan verməkdir. Dəyişiklik lizinq bazarının kiçilməsinə, lizinq şirkətlərinin azalmasına gətirib çıxaracaq, həmçinin istehlak kreditləşməsini artıracaq".

Ən sərfəli kredit üçün müraciət et

Fəxriyyə İKRAMQIZI

Ən sərfəli krediti almaq üçün müraciət et