Maliyyə institutlarında nağd vəsaitlərinin ümumi aktivlərdə payı nə qədərdir? | Banco.az

Maliyyə institutlarında nağd vəsaitlərinin ümumi aktivlərdə payı nə qədərdir?

Bankların malik olduğu və gələcəkdə səmərə gətirəcək resurlar bankın aktivlərini təşkil edir. Bank aktivləri müddətinə görə qısa və uzun müddətli olur. Qısamüddətli aktivlər 1 il ərzində formalaşan aktivlərdir. Uzunmüddətli aktivlər isə 1 ildən daha çox müddət ərzində nağd pula çevrilir. 

2018 və 2019-cu illərin ilk 5 ayı üzrə aktivlərin ümumi həcminin dinamikasına baxaq. Banco.az xəbər verir ki, hər iki ildə aktivlərin ümumi həcmi fevral ayından etibarən azalmağa doğru gedir. Lakin əvvəlki ilə nisbətən bu ilə baxdıqda isə artımı aydın görmək mümkündür. Əvvəlki ilin yanvar ayında 28170 milyon manat aktivlər var idisə, bu ilin həmin ayında artıq 29603 milyon manat məbləğində aktivlər olmuşdur. May ayına baxdıqda isə 2018-ci illə müqayisədə 2019-cu ildə 2095 milyon manat artmışdır.

İndi isə aktivlərin bir hissəsi olan nağd vəsaitlərə nəzər yetirək.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə yanvardan may ayınadək nağd vəsaitlərdə azalma müşahidə olunsa da, 2019-cu ildə tamam əksi olaraq ilin əvvəlindən ortasına doğru artım ilə özünü göstərmişdir. Ən yüksək həddinə isə aprel ayın 1365 milyon manatla çatmışdır.

Bəs nağd vəsaitlər ümumi aktivlərin hansı hissəsini təşkil edir?

Aşağıdakı qrafikdə göründüyü kimi nağd vəsaitlər aktivlərin 4-5% hissəsini təşkil edir. Əvvəlki ildə bu nisbət ilk aylarda çox olsa da, aprel-may aylarında azalmağa başlamışdır. 2019-cu ildə də ilin yanvar-mart aylarında nisbət artsa da, əvvəlki illə müqayisədə bu nisbət aşağıdır. Lakin növbəti aylarda uyğun olaraq nağd vəsaitlər aktivlərin 4,6% və 4,4%-ni təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç