Maliyyə bazarında ciddi dəyişikliklər olacaq | Banco.az

Maliyyə bazarında ciddi dəyişikliklər olacaq

Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı üzrə minimum tələb 10 milyon manatdan 50 milyon manata qaldırılıb. 

Mərkəzi Bankın tələbinə əsasən, 01.01.2015-ci ilə kimi fəaliyyətdə olan bankların hər birinin məcmu kapitalı ən azı 50 milyon manat olmalıdır. Bu tələbi yerinə yetirə bilməyən təşkilat bank kimi fəaliyyət göstərə bilməyəcək. Qeyd edək ki, Mərkəzi Bankın 01.01.2014-cü ildə qüvvəyə minməli olan bu qərarının icrası təxirə salınaraq, banklara kapitallarını artırmaları üçün 1 illik güzəşt edilib. Onu da qeyd edək ki, Mərkəzi Bank avqustun 19-da bankların yenidən təşkili qaydalarını təsdiqləyib. Avqustun 29-dan qüvvəyə minən qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını, eləcə də, bank fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına çevrilməsini nəzərdə tutur. 

Ən sərfəli kredit üçün müraciət et

Qaydalara əsasən, bankların yenidən təşkil olunması mərhələli şəkildə həyata keçiriləcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et