Maaş neft sektorunda 3000 manat, qeyri-neft sektorunda 484 manatdır | Banco.az

Maaş neft sektorunda 3000 manat, qeyri-neft sektorunda 484 manatdır

2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat təşkil etmişdir.

Əməkhaqqı neft sektorunda 3000,7 manat, qeyri-neft sektorunda 484,0 manat təşkil etmişdir.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 430,5 manat, özəl müəssisələrdə isə 687,7 manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et