Maaş hesablanarkən inflyasiya nəzərə alınırmı? - SORĞU | Banco.az

Maaş hesablanarkən inflyasiya nəzərə alınırmı? - SORĞU

"Deloitte Azerbaijan" audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 58%-i əmindir ki, işçilərinin sayı indiki səviyyədə qalacaq.

Sorğunun nəticələri təqdim olunub.

Nəticələr göstərir ki, respondentlərin 21%-i işçilərinin sayının 10% artacağını proqnozlaşdırdığı halda, digər 21%-i personalın 6% azalacağına əmindir.

Ən sərfəli kredit üçün müraciət et

Sorğu iştirakçılarının 42%-i orta aylıq əmək haqqının artacağına arxayındır. Onların fikrincə, artım 6% səviyyəsində olacaq.

Şirkətlərin 58%-i əmək haqqının hesablanması zamanı inflyasiya amilini nəzərə almır. "Bu isə işçilərin real gəlirlərinin azalması ilə nəticələrin", - deyə sənəddə vurğulanır.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et