Lütfi Zadənin Həyatı və Elmi fəaliyyəti | Banco.az

Lütfi Zadənin Həyatı və Elmi fəaliyyəti

Lütfəli Rəhim oğlu Ələsgərzadə - süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitenin professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatının fəxri sədridir.

Lütfi Zadə 1921-ci ilin 4 Fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib.

Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Lütfi Zadə 6 Sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya  ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişmişdir. 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və dünya şöhrətli alim  Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Qeyri-səlis məntiq nəzəriyyəsi.

Ən sərfəli kredit üçün müraciət et

Lütfi Zadənin bütün dünyada məhşur və Aristotel nəzəriyyəsi ilə ziddiyyət təşkil edən “Qeyri-səlis məntiq” nəzəriyyəsin, bir çox şirkətlərin, ölkələrin iri həcmli pullar qazanmasında, inkişafında və müxtəlif funksiyalı avadanlıqların, robotların meydana gəlməsində bilavastə rolu vardır. Əgər həmyerlimiz onun nəzəriyyəsindən yararlanan şirkətlərdən pay sahibliyi tələb etsə idi ömrü boyu zənginlik, və lüks yaşam tərzi sürərdi. Lakin Onun hər zaman sadə və təbii xarakterini, ömrünün sonuna kimi yaşadığı dar bir mənzilə baxaraq görmək olar.

1989-cu ildə yaponlar Lütfi Zadənin nəzəriyyəsi sayəsində sənayedə əldə etdikləri uğurlara görə, Onu elm adamlarına verdikləri ən yüksək mükafat  - “Honda” ilə təltif edir.

Zadənin hesabına ən çox gəlir qazanan Yaponya  və Amerika şirkətlərinin bir neçəsi: “Hitachi”, “Matsusita”, “Mitsubishi”, “Fuji”, “Toshiba”, “Sharp”, “Omron”, “Nissan”, “Canon”, “Sanyo”, “Sany-Trintron”, “Daewoo”, “Goldstar” (LC), “Samsung”, “Kodak” ,“Honda”, “General Motors”, “DuPant”, “Motorola”.

Aristotelin irəri sürdüyü ikili (binar) məntiqə əsasən ağ və qara rənglər mövcuddur və ya bir fikir ya doğrudur yaxud yalnış. Lakin Zadə nəzəriyyəsində (çoxmənalı -kəsilməz qiymətli) hər bir doğru fikirdə müəyyən dərəcədə yalnış yaxud əksi ola bilər, eləcə də ağ ilə qara arasında bir çox çalarlar mövcuddur, məsələn boz, bozumtul və s.

“Qeyri səlis məntiq” nəzəriyyəsinə  əsasən müddəalar sıfır və bir arasında kəsilməz qiymətlər alır. Bu məntiqə əsasən real həyat daha düzgün dəyərləndirilə bilir və tolerantlıq daha çoxdur.

2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb

2016-cı ildə ilk süni intelektə malik robot (Alter) “Zadə məntiqi”-i əsasında yaponlar tərəfindən hazırlanıb.

Fuad VAHABZADƏ.

Ən sərfəli krediti almaq üçün müraciət et