Lombard krediti təklif edən banklar - ŞƏRTLƏR | Banco.az

Lombard krediti təklif edən banklar - ŞƏRTLƏR

İstehlak kreditlərinin bir növü də lombard kreditləridir. Lombard kreditləri qızıl-zinət əşyalarının girovu əsasında verilən kreditləridir. Rəsmi gəliri və digər kredit imkanlarından istifadə etmək hüququ olmayan müştərilər kreditə olan məcburi ehtiyaclarını qarşılamaq üçün bu kredit növündən istifadə edirlər. Bu kreditin digər kredit növlərindən əsas fərqləri, rəsmi gəlirə dair bir tələbin olmaması və əlavə zamin tələb edilməməsidir. Çünki, kredit qızıl girovu ilə zəmanət altına alınır.

Lombard kreditləri verilərkən məbləğ, LTV (loan to value) əmsalı əsasında təyin edilir. Bu əmsal, kreditin əsas məbləği, komissiya və hesablanacaq faizlərin cəminin girovun dəyərinə olan nisbətidir. Kredit rəsmiləşdirilərkən girov qoyulan qızılnın müəyyən dəyəri məbləöində kredit rəsmiləşdirilir.

Lombard kreditləri hal-hazırda banklar, bank olmayan kredit təşkilatları və xüsusi lomabardlar tərəfindən təklif edilir. Banklar tərəfindən təklif edilən kreditlərin digər lombardlar tərəfindən təklif edilən kreditlərə nisbətən üstünlükləri daha çoxdur. Onlardan bir neçəsini aşağıda qeyd edək:

  • Banklar təfəindən təklif edilən lombard kreditlərinin faizlərinin xüsusi lombardlara nisbətən aşağı olması
  • Girov qoyulmuş əmlakın banklarda daha təhlükəsiz şəraitdə olması
  • Ödəniş imkanlarının banklarda daha geniş olması
  • Qızılın daha yüksək qiymətləndirilməsi v.s

Banco.az bu araşdıırmada sizlərə lombard kreditlərini təklif edən bankları və onların şərtləri haqqında məlumatları təqdim edir.

 

Bank

Məbləğ

Valyuta

Müddət

Faiz

Komissiya

Amrahbank

300 - 50,000

AZN

3-36 ay

20%-dən başlayaraq

1-2%

AtaBank

300 -10 000

AZN

12-36 ay

22%-26%

mak- 1%

Azər Türk Bank 

maks. 15 000

AZN

36 ayadək

28 %-30%

1 % (min 10 m)

Bank Avrasiya

10 000

AZN

24 ay

27%

0.80%

Bank BTB

300  - 10 000

AZN

 1-24 ay

22.8%

1%

Bank Melli İran Bakı

10.000 AZN-dək

AZN

36 ay

25%

1%

Bank of Baku

500-6000

AZN

3- 24 ay

28-30%

1%

Bank Respublika

300 - 30 000

AZN

6-36 ay

26%-dən başlayaraq

1%

Expressbank

300 - 15 000

AZN

3 - 30 ay

aylıq 2,16%

 

Muğanbank

300  -  20,000

AZN

3- 24 ay

48%

1%- nağd pulun çıxarılması 3%

NBCBank

50 000

AZN

36 aya qədər

29%

 

Rabitəbank

  300 - 10 000

AZN

 3 - 24 ay

29-30%

1%

TuranBank

min 500 - maks Fərdi qaydada baxılır

AZN

1-24 ay

Minimum 22%

1%

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et