Lisenziyası ləğv olunan banklarda qorunan əmanətlərin təxminən 80%-i dollardadır | Banco.az

Lisenziyası ləğv olunan banklarda qorunan əmanətlərin təxminən 80%-i dollardadır

Bakı. 22 iyul. REPORT.AZ/ Lisenziyası ləğv olunan banklarda qorunan əmanətlərin təxminən 80%-i qorunan əmanətlərdir. “Report”un verdiyi xəbərə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O, qeyd edib ki, bu banklarda əsasən qorunmayan əmanətçilər çoxluq təşkil edir: "Qorunmayan əmanətçilərə bankın 10 faizdən çox səhminə malik əmanətçilər, son ildə bankın auditini həyata keçirən və bankın inzibatçıları daxildir."

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Ən sərfəli kredit üçün müraciət et

2 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nin nəzarəti altında aparılacaq.

Lisenziyası geri çağırılan bankların qorunan əmanıtçilərinə kompensasiya ödənişlərəinə hazırlığa başlanılıb. Sığorta hadisəsi hələ baş verdikdən sonra 7 gün ərzində ödənişlərə başlanılacaq.

Bu banklar əmanətlərin Sığortalanması Fonduna üzv bankların reystrindən çıxarılıb və onlara verilmiş şəhadətnamələr ləğv edilib.

O qeyd edib ki, 3 bank problemlidir: "Ola bilsin ki, ləğv olunsun. Lisenziyası Mərkəzi Bank tərəfindən fevralda lisenziyası ləğv olunan “Qafqaz İnkişaf Bankı”, “Atrabank” və “Yunayted Credit Bank”da ola bilsin ki, sığorta hadisəsi qeydə alınsın. Amma hələki məhkəmə çəkişmələri davam edir. 4 bankda ola bilər ki, sığorta hadisəsi baş verərsə, ləğvetmə Əmanətlərin Sığortalanmsı Fonduna veriləcək". 

Ən sərfəli krediti almaq üçün müraciət et