Likvidlik nədir? | Banco.az

Likvidlik nədir?

Likvidlik, qiymətli kağızlar ya da daşınmaz əmlakın nağda çevrilə bilmə asanlığına verilən addır.

Likvidlik – bankın balans və balansarxası öhdəliklərini yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.

Pula çevrilə bütün aktivlər likvid aktiv olaraq qəbul edilir. Ehtiyac yarandığı zaman sərbəst və rahat şəkildə nağd pul vəsaitinə çevrilən, reallaşdırıla bilən vəsaitlər və eyni zamanda pul da özlüyündə likvid aktiv hesab olunur.

Mənbənin hüquqi ya da fiziki şəxsə aid olması likvidlik xüsusiyyətinə mane olmur. Məsələn; şəxsə aid ev, avtomobil kimi mülkiyyət ya da bir şirkətə aid istiqraz və ya bənzəri qiymətli kağızlar likvid aktivlərdir. Eyni zamanda bir müəssisənin bütün borcunu qarşıladıktan sonra əldə qalan nağd vəsaiti eyni zamanda şirkətin likvidlik vəziyyətini də müəyyən edir.

Biznesdə edilən pul yatırımlarının, investisiyaların geri qayıtması (yəni öz pulunu çıxardaraq, gəlir gətirməsi) həmin müəssisəni likvid adlandırmaq üçün tutarlı əsas verir. Əgər gəlirlər az olarsa onda bu variant az likvidli müəssisə adlanacaq. Yüksək gəlirli (öz xərclərini artıqlaması ilə çıxara bilən) bizneslərə tələbat həmişə yüksəkdir.

Likvidliyə təsir edə bilən digər parametr pul vəsaitlərinin, yəni gəlirin əldə edilmə sürətidir. Özü də məsrəflərin tam həcminə nisbətdə. Pul yatırımı edən hər bir şəxs, onları qısa müddət ərzində böyük plyusla geri qaytarmağı düşünür. Belə yüksək likvidli situasiyalara olduqca nadir hallarda rast gəlinir.

Ən sərfəli kredit üçün müraciət et

Daha sadə dillə müəssisənin likvidliyini belə izah etmək olar “bu biznes nə dərəcə də sərfəlidir?”. Böyük maliyyə vəsaitlərini kifayət qədər gəlirli şəkildə investisiya etmək istəyərkən, diqqət mərkəzinə təkcə müəssisələrə və müxtəlif səhmlərə edilən yatırımlar dayanmır, həmçinin digər bazarlar da axtarmaq olar. Həmişə nəzərə alınan ən vacib nüans risklərdir. Bəzi variantlar həddindən artıq likvid ola bilər, amma belə bir riskə getmək olduqca çətindir.

Sözü gedən termin iqtisadiyyatın digər sahələrində, məsələn ödəniş qabiliyyətinin müəyyən edilməsi zamanı istifadə olunur. Biznesdə böyük pullar dövr edə bilər, amma sən demə xərclər və maliyyə itkiləri daha çox olacaq. Nisbi rəqəmlərə gəldikdə müəssisə likvid olmaya bilər, baxmayaraq ki, o öz sahiblərinə kifayət qədər sanballı məbləğlərdə, çox yaxşı həcmdə gəlir gətirir. Biznes gizlicə borclana bilər ki, bu da hesabat dövründə maliyyə itkilərinin həcminin böyüklüyünü üzə çıxaracaq

Borcalan və kreditor münasibətlərində də likvidlik anlayışı mövcuddur, bu zamanda nəzərdə ödəmə qabiliyyəti tutulur. Bu borcalanın maliyyə vəsaitlərini vaxtında geri qaytara bilib-bilməyəcəyini müəyyən edir. Sözügedən situasiya daha çox banklarda aktualdır. Likvid olmayan müştərilərə kredit verməkdən sadəcə imtina edilir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et