"Libra "qlobal valyuta" kimi Dolların yerini tuta bilər" | Banco.az

"Libra "qlobal valyuta" kimi Dolların yerini tuta bilər"

"Forbes Media"nın baş redaktoru Stiv Forbes, sosial media nəhəngi "Facebook Inc."ın banisi Mark Zuckerberg-ə kriptovalyuta "Libra" ilə bağlı açıq məktub qələmə alıb.

"Libra"nın 2020-ci ildə istifadəyə veriləcəyinin açıqlanmasının böyük əks-səda doğurduğunu və bir çox tənqidlər də olduğunu qeyd edən Forbes, Zuckerberg-ə  ümidsizliyə düşməməmyi tövsiyə edib.

"Özünə aid pul" fikrinin yeni olmadığını bildirərək hava yolu şirkətlərinin mil proqramları və s. tətbiqlərinə işarə edən Forbes, Zuckerbergin "Libra" məsələsində kartlarını doğru oynaması vəziyyətində avtomobillər üçün Henri Ford nə isə özünün də pul və maliyyə üçün eynisi ola biləcəyini deyib.

Ən sərfəli kredit üçün müraciət et

"Libra"nın əsrlər əvvəlki sikkə və kağız pul ixtiralarının yanındakı yerini alacağını vurğulayan Forbes, Zuckerberg-in valyutasının qlobal valyuta kimi ABŞ dollarının yerini  tuta biləcəyini vurğulayıb.

"Digər bütün kriptovalyutalardan çox öndə olmanızın səbəbi dəyəri sabit olan bir pulun təməl önəmini fərq etmiş olmağınızdır", -ifadəsi yer alan məktubda, kriptovalyutaların çoxunun hədsiz volatil olması səbəbindən spekulyativ vasitələr olduğunu, ancaq real pul mənasında "işə yaramayan" olduqlarına diqqəti çəkib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç