Ləğv prosesində olan bankın kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq | Banco.az

Ləğv prosesində olan bankın kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) aprelin 23-dən ləğv prosesində olan "Royalbank" ASC-nin təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlayacaq. 

"Report" fonda istinadən xəbər verir ki, ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Kreditorlardan xahiş olunur ki, ADIF-in Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etsinlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et