Le Penin prezident seçilməsi avronu 7-12% ucuzlaşdıracaq - PROQNOZ | Banco.az

Le Penin prezident seçilməsi avronu 7-12% ucuzlaşdıracaq - PROQNOZ

Marin Le Pen Fransada keçirilən prezident seçkilərində qələbə qazandığı təqdirdə avronun dollara nisbətən məzənnəsi 15 illik minimuma enəcək. Bu barədə "Bloomberg" agentliyi tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçı və analitiklərin konsensus-proqnozunda qeyd edilib.

Onların fikrincə, Le Penin prezident seçilərsə, ilk mərhələdə avronun məzənnəsinin dinamikası "Brexit"dən sonra müşahidə olunan funtun dinamikasına analoji olacaq.

38 respondentdən 23-ü hesab edir ki, Le Penin qələbəsindən 1 gün sonra Avrozonanın vahid valyutasının məzənnəsi 1 dollara, hətta bundan da aşağı enə bilər. Beş respondent isə qeyd edib ki, avronun 0,95 dollar səviyyəsindən də aşağı enməsini gözləmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Təbii ki, avronun məzənnəsinə mənfi təsir edən əsas amillər Le Penin Fransanın Avrozonanın tərkibindən çıxmasını nəzərdə tutan referendumun keçirilməsinin tərəfdarı olmasıdır.

Qeyd edək ki, sonuncu dəfə dollarla avro arasında paritet 2002-ci ildə qeydə alınıb. Hazırda avronun 1,08 dollar olduğunu nəzərə alsaq, paritetin yaranması avronu dollara nisbətən 7% ucuzlaşdıracaq. Avronun 0,95 dollar səviyyəsinədək geriləməsi isə 12%-lik ucuzlaşma deməkdir.

Yeri gəlmişkən, iqtisadçıların fikrincə, Le Penin qələbə qazanma ehtimalı 20%-ə bərabərdir.

Mənbə: Apa.az 

Ən sərfəli krediti almaq üçün müraciət et