Küveyt hökuməti 10 faizlik korporativ vergi tətbiq edəcək | Banco.az

Küveyt hökuməti 10 faizlik korporativ vergi tətbiq edəcək

Küveytin Nazirlər Kabineti korporativ gəlirlərdən 10 faiz dərəcəsi ilə vergi tutmaq barədə təklifi qəbul edib. Bu addımın atılması gələcək maliyyə ilində 12 milyard Küveyt dinarına (67 milyard manat) çatacağı proqnozlaşdırılan büdcə kəsirinin nəzarətdə saxlanılmasına yönəldilib. Küveyt və Körfəz Əməkdaşlığı Şurasına daxil olan digər ölkələr – Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran körfəzinə aid ərəb dövlətlərinin əməkdaşlıq şurası ölkələri üçün ümumi əlavə dəyər vergisinin tətbiqi məsələsini nəzərdən keçirirlər ki, neftin satışından əldə edilən gəlirlərə uyğun olaraq öz vergi bazalarını diversifikasiya edə bilsinlər. Keçən il Beynəlxalq Valyuta Fondu Küveytin korporativ gəlirlərə vergi tətbiq etmək niyyətini alqışlamış, ölkəni əlavə dəyər vergisinin tətbiqi üçün öz səylərini ikiqat artırmağa çağırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et