“Kriptovalyutalar şübhəsiz ki, balondur və nə vaxtsa partlayacaq” | Banco.az

“Kriptovalyutalar şübhəsiz ki, balondur və nə vaxtsa partlayacaq”

Berlində təşkil olunan “Blockshow Europe 2018” konfransında iştirak edən “Wikipedia”-nın təsisçilərindən olan Cimmi Uels kriptovalyutaların və blockchain-in “balonda” olduğunu qeyd edib.

“Kriptovalyutaların gələcək mövqeyi və mediadakı yeri” mövzusunda çıxış edən Cimmi Uels inkişafda olan sektor haqda fikirlərini səsləndirib:

“Hazırda bir balonun içindəyik. Kripto dünyası mütləq şəkildə bir balonun içindədir. Kimsə bunu inkar edə bilməz”.

Uelsin çıxışı ərəfəsində Bitcoin enişdə idi. Bu gün isə az da olsa, bahalaşma qeydə alınıb. Halbuki, analitiklər bu həftə BTC-nin 5500 dollaradək ucuzlaşacağını proqnozlaşdırırdılar. Bitcoin 2.21% artımla 7431 dollara yüksəlib.

Digər tərəfdən, son həftələrdə blockchain layihələri geniş şəkildə tənqid olunur. Mayın əvvəlində Andreas Antonopulos Polşadakı konfransda gələcəyin Bitcoin ilə bağlı olduğunu bildirib, blockchain layihələrini “ağılsızlıq” adlandırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin tərtibatçıları Cimmi Sonq və Conatan Korqan da “Consensus 2018”-də oxşar fikirlər bildirmişdi. Çin hökumətinin bu həftə açıqladığı hesabatda bir blockchain layihəsinin ortalama müddətinin 15 ay olduğu qeyd edilib. Uels sözlərinə bunları da əlavə edib:

“Balonun sabah partlayacağını demək olmaz. Hətta bundan sonra hər şey inkişaf edə bilər. Bir balonun ən əsas xüsusiyyəti nə vaxt partlayacağının bilinməməsidir. Amma əsas odur ki, bu, nə vaxtsa baş verəcək”.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et