Kriptovalyutalar 2019-cu ilin ən yüksək səviyyəsinə çatdı | Banco.az

Kriptovalyutalar 2019-cu ilin ən yüksək səviyyəsinə çatdı

Kriptovalyuta bazarı 2019-cu ilin ən yüksək səviyyəsinə çatdı. Bütün kriptovalyutaların ümumi həcmi son 24 saat ərzində təxminən 11 milyard dollar artdı. Bitcoin 5 800 dolların üzərinə çıxarkən ən qiymətli ilk 10 kripto valyuta onunla birlikdə eyni şəkildə yüksəldi.

2018-ci il böhranından sonra kriptovalyuta bazarı bərpa prosesində idi. 2019-cu ilin aprelində artım göstərən Bitcoin və digər kriptovalyutalar son 24 saatda qazandıqları yüksəliş sürətinə görə yenidən diqqət çəkir.

5,800 dollarlıq dəyəri ən son 14 noyabr 2018-ci ildə görən Bitcoin təxminən 6 ay sonra eyni dəyərə bu dəfə artıma keçərək çatdı. Onun arxasından Ethereum və Ripple kimi digər məşhur kripto pul vahidləri də gəlməyə davam edir.

Aşağıda gördüyünüz qrafik son 1 həftədəki ümumi market həcmində yaşanan dəyişikliyi ifadə edir:

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin cari bazar dəyəri: 103 milyard dollar, son 7 gündə 10 milyard dollar artdı

Ethereum-da cari bazar dəyəri: 18 milyard dollar, son 7 gündə 1,6 milyard dollar artdı

Ripple (XRP) cari bazar dəyəri: 13 milyard dollar, son 7 gündə 0,7 milyard dollar artdı

Son 1 həftədə yaşanan 17 milyard dollarlıq ümumi artımın 4,7 milyard dolları, ən qiymətli ilk 3 kriptovalyutanın xaricindən gəldi. Bu da alternativ kriptovalyutaların gedərək yüksək dəyərlərə çatdığına bir işarədir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et