Kriptovalyuta ilə nə qədər insan alış-veriş edir? | Banco.az

Kriptovalyuta ilə nə qədər insan alış-veriş edir?

Kaspersky Lab tərəfindən nəşr olunan hesabat hər on adamdan birinin kriptovalyuta ilə alış-veriş etdiyini göstərir.

Kriptovalyuta ilə ödənişləri qəbul edən şirkətlərin sayı gündən-günə artmaqdadır. Müxtəlif pərakəndə mağazalar və restoranlar da bu şəkildə ödəniş almağa başladılar. Qiymətlər düşməyə davam edərkən bəzi qabaqcıl  idman klubları belə kriptovalyuta alış-veriş mərkəzləriylə əməkdaşlıq etməyi seçirlər. İnsanların kriptovalyutaları investisiya və xərcləmə üçün istifadə etməyə maraq göstərməsi, bunların kriptovalyuta pulqabılarından, etibarlı olmayan alış-veriş mərkəzlərindən və ICO'lardan (Initial Coin Offering - İlk Valyuta Təklifi) oğurlanma riskini artırır. Toplam 530 milyon dollar dəyərində dijital pulun oğurlandığı yüksək profilli hadisələr da yaşandı.

Təhdid qrupları kriptovalyuta pulqabıları, kripto pul alış-veriş mərkəzləri və ICO'lardan pul oğurlamaq üçün çox müxtəlif üsullar istifadə edirlər. Dörd il əvvəl Bitfinex'dəki ayrılmış müştəri pulqabılarında 120.000 bitcoin oğurlanması və 2018-ci ildə Coinhack'a təşkil edilən hücumla 530 milyon dolların itməsi kimi yüksək profilli hadisələr, bu alış-veriş mərkəzlərinin etibarsızlığını və kiber cinayətkarların bunlara nə qədər asan bir şəkildə çatıb zərər verə bildiyini göstərir . Bir kriptovalyuta alış-veriş mərkəzindəki bütün pul oğurlandıqda, mərkəz tamamilə bağlanır və investorlar heç bir şey ala bilmir. Kripto pul bazarı hələ də bir nizama oturdulmuş deyil və heç bir risk qiymətləndirməsi edilmir.

Ən sərfəli kredit üçün müraciət et

Kaspersky Lab Inkişaf Mərkəzi Vertifikasiya Bölümü lideri Vitali Mzokov, "Apardığımız araşdırmada, maraqlı bir şəkildə insanların 13%-nin kripto pul vahidlərini bir ödəmə üsulu olaraq istifadə etdiyini gördük. Lakin, bu onlayn əməliyyatlar hələ yetkin olmadığı üçün, bəzi böyük təhlükələr də var. Pullar təhlükəsizliyə alınmadığı təqdirdə istehlakçılar maliyyə baxımdan ciddi nəticələrlə qarşı-qarşıya qala bilər. Təhlükə qruplarının hücumları getdikcə daha mürəkkəbləşir. Ana hədəf olan kripto pul alış-veriş mərkəzləri və ICO'lar kiber təhlükəsizlik tədbirləri almır, bu da kiber cinayətkarların işini asanlaşdırır. Diqqətli olmanın yerini ala biləcək bir tədbir də yoxdur. Əgər bir şey şübhəli görünürsə ona investisiya etməyin" deyə açıqlama verib.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et