Kriptovalyuta bazarının həcmi bir saata 16 mlrd. dollar azalıb | Banco.az

Kriptovalyuta bazarının həcmi bir saata 16 mlrd. dollar azalıb

Bu gün kriptovalyuta bazarında 1 saatlıq kəskin ucuzlaşma baş verib, bitkoin 4%, əksər rəqəmsal pullar ("Ethereum", "Ripple", "Bitcoin Cash", "EOS") təxminən 10% dəyər itirib. 

Son nəticədə bazarın həcmi 16 mlrd. ABŞ dolları azalaraq 223 mlrd. dollara düşüb. 

100 ən böyük kriptovalyutadan yalnız 4-nün qiyməti artıb. Bunlar "Bitcoin Diamond" (+143%), MOAC (+1,52%), "Dropil" (+13%) və "TenX"dir (2,5%).

Ən sərfəli kredit üçün müraciət et

Baş verənlərin fonunda bitkoinin bazar payı 53%-dən 54,2%-ə yüksəlib. Kriptovalyuta ilə ticarətin gündəlik həcmi isə 2 mlrd. dollar artaraq 15 mlrd. dolları keçib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç