Kreditlər üzrə annuitet ödənişlər | Banco.az

Kreditlər üzrə annuitet ödənişlər

Kreditləşmə zamanı annuitet ödənişlər tətbiq olunur. Bəs, bu ödəniş üsulu özündə nəyi əks etdirir?

Annuitet kreditlər üzrə edilən aylıq ödənişlərdir. Bütün kreditləşmə müddəti ərzində aylıq ödənişlərin miqdarı dəyişilməz qalır. İndi əksər banklar kreditləşmə zamanı əsasən annuitet ödəniş üsulu tətbiq edirlər. O, demək olar ki, fiziki şəxslərə təqdim edilən bütün kredit növlərində istifadə olunur.

Bank üçün belə hesablaşma üsulu daha çox sərfəlidir, belə ki, o banklara kredit faizləri şəklində daha çox gəlir gətirir, müştəri isə rahat ödəniş üsulu əldə edir. Təbii ki, əsas məbləğ və faizləri ödəyərkən, hər dəfə hesaba eyni miqdarda məbləğ daxil etmək daha rahatdır. Bu məbləğ asan yadda qalır və hər dəfə ödəniləcək növbəti məbləği müəyyən etmək üçün bank nümayəndəsinə baş çəkmək lazım gəlmir.

Bütün kreditləşmə dövründə ödənişlərin həcmi dəyişmir. Annuitet borcalanın imkanları (gəlirləri) nəzərə alınaraq hesablanır. Bu zaman ya müddətə, ya da məbləğə uyğun nizamlanma həyata keçirilir. Annuitet borcların bağlanması sistemi kifayət qədər asandır. Hər ay kreditin ödənilməsi zamanı hesabdan eyni miqdarda məbləğ silinir (burada əsas məbləğ və məbləğə görə bütün müddət ərzində hesablanmış faizlər, kreditləşmə müddətinə bölünür). 

Yuxarıda deyilənləri ümumiləşdirərək, belə bir nəticəyə gəlmək olar ki, əgər kreditin ödənilməsi vaxtından əvvəl həyata keçirilərsə, məsələn üç ildən sonra, əvvəlcədən ödənilmiş faizlər, yenidən hesablanmaya məruz qalmır. Bu ona görə baş verir ki, onlar faktiki qalıq borcuna uyğun əlavə edilib. Faktiki qalıq borcu isə borcalan tərəfindən indiyə qədər ödənilmiş məbləğdən asılı olur.

Əlbəttə ki, əgər borcalan elə öncədən üçillik annuitet istəsəydi, onda aylıq ödənişlərin miqdarı daha böyük rəqəm edərdi. Nəticə etibarı ilə əsas borc məbləği daha sürətlə ödənilərdi və yekunda daha az faiz ödənilmiş olardı. Amma faktiki olaraq borcalan kreditlərin ödənilməsini böyük məbləğlərlə həyata keçirməyib, deməli qalıq borc məbləğinə bərabər miqdarda kredit vəsaitindən istifadə edib.

Deməli, öncədən ödənilən faizləri haqlı hesab etmək olar, bu isə o deməkdir ki, kreditin vaxtından əvvəl ödənilməsi və ya bağlanması zamanı edilmiş ödənişlərin yenidən hesablanmasına gərək yoxdur. Onu demək istəyirik ki, bu iddia  yalnız o halda doğru hesab olunur ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmasın və ya növbəti müddətlər üçün banka faizlərin avans ödənişləri həyata keçirilmiş olmasın.

Əgər krediti vaxtından öncə bağlamağı planlaşdırırsınızsa, onda iki variantdan istifadə edə bilərsiniz: onda kreditləşmə müddətini kiçildə, ya da aylıq annuitet ödənişlərin miqdarını azalda bilərsiniz.

Annuitet və diferensial ödəniş arasında fərqlər

Nümunə:

Ödəniş №

Ödənişin tarixi

Ödənişin məbləği

Əcac borcun ödənişi

%-in ödənişi

Kreditin qalığı

1

1 oktyabr 2014

109.82

61.49

48.33

2938.51

2

1 noyabr 2014

111.49

62.52

48.98

2875.99

3

1 dekabr 2014

111.49

63.56

47.93

2812.44

4

1 yanvar 2015

111.49

64.62

46.87

2747.82

5

1 fevral 2015

111.49

65.69

45.8

2682.12

6

1 mart 2015

111.49

68.28

43.21

2613.85

7

1 aprel 2015

111.49

67.93

43.56

2545.92

8

1 may 2015

111.49

69.06

42.43

2476.86

9

1 iyun 2015

111.49

70.21

41.28

2406.65

10

1 iyul 2015

111.49

71.38

40.11

2335.27

11

1 avqust 2015

111.49

72.57

38.92

2262.7

12

1 sentyabr 2015

111.49

73.78

37.71

2188.92

13

1 oktyabr 2015

111.49

75.01

36.48

2113.91

14

1 noyabr 2015

111.49

76.26

35.23

2037.65

15

1 dekabr 2015

111.49

77.53

33.96

1960.12

16

1 yanvar 2016

111.49

78.82

32.67

1881.3

17

1 fevral 2016

111.49

79.09

32.4

1802.21

18

1 mart 2016

111.49

82.46

29.04

1719.75

19

1 aprel 2016

111.49

82.83

28.66

1636.92

20

1 may 2016

111.49

84.21

27.28

1552.72

21

1 iyun 2016

111.49

85.61

25.88

1467.1

22

1 iyul 2016

111.49

87.04

24.45

1380.06

23

1 avqust 2016

111.49

88.49

23

1291.57

24

1 sentyabr 2016

111.49

89.96

21.53

1201.61

25

1 oktyabr 2016

111.49

91.46

20.03

1110.15

26

1 noyabr 2016

111.49

92.99

18.5

1017.16

27

1 dekabr 2016

111.49

94.54

16.95

922.62

28

1 yanvar 2017

111.49

96.11

15.38

826.5

29

1 fevral 2017

111.49

97.72

13.78

728.79

30

1 mart 2017

111.49

99.75

11.74

629.04

31

1 aprel 2017

111.49

101.01

10.48

528.03

32

1 may 2017

111.49

102.69

8.8

425.34

33

1 iyun 2017

111.49

104.4

7.09

320.94

34

1 iyul 2017

111.49

106.14

5.35

214.8

35

1 avqust 2017

111.49

107.91

3.58

106.89

36

1 sentyabr 2017

108.67

106.89

1.78

0

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç