Kreditlər üçün komissiya haqları məhdudlaşdırıb | Banco.az

Kreditlər üçün komissiya haqları məhdudlaşdırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib. 

Bank dairələrindən "Report"a verilən məlumata görə, bu qərar artıq bu gündən qüvvədədir.

Məlumata görə, AMB-nin bu qərarı nəticəsində bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, son aylarda bir çox kommersiya bankında kreditlərə görə komissiya xərcləri 3-7% civarında olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et