Kreditə tələb səbəbindən həftə sonları işləməli oluruq | Banco.az

Kreditə tələb səbəbindən həftə sonları işləməli oluruq

“Bank of Baku” filialları artıq həftənin 6-ci günü də müştərilərin xidmətindədir, Azneft filialı isə Bazar günləri də fəaliyyət göstərir. Bunu jurnalistlərə açıqlamasında “Bank of Baku” ASC-nin Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gülşən Cumayeva deyib:

Gülşən xanım bunu bankın məhsullarına və əsasən də yeni nağd kreditə olan tələblə bağlayır, o həmçinin qeyd edib ki, indi bankın kredit şərtləri də daha da yumşaldılıb.

"Bilirsiz ki, məlum səbəblərdən bankın kredit şərtləri sərtləşmişdi. Artıq bu şərtlər yumşaldılıb və 185 manat əmək haqqı alan vətəndaşlar da bankımızdan kredit götürə biləcəklər".   Təhsil sahəsində çalışanlar üçün isə belə bir tələb ümumiyyətlə aradan qaldırılıb.

Həmçinin Bank müştərilərin istəyini nəzərə alaraq, Bolkart tariflərində bəzi dəyişikliklər etməli olub, yəni 12, 24 və 36 aylıq kartların tarifləri aşağı salınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı bankın rəsmiləri qeyd edib ki, keçirilən kampaniyalar bankın dövriyyəsinə müsbət təsir edib və Bank nağdsız ödənişlərdə öz lider mövqeyini qoruyur. Ölkə xaricində aylıq 10 min tranzaksiyala  həyata keçirilir.

Müştərilərin Bolkartdan qazandıqları balların həcmi isə aylıq 20 min AZN-ə çatıb.

Lakin bu hələ son deyil,  Bolkart-ın 6 yaşının tamam olması ilə əlaqədar olaraq, Bank of Baku tərəfindən keçirilən kampaniyalar davam edəcək.

 "Qarşıdan Bolkart-ın 6 yaşı gəlir. Bunun üçün yeni kampaniyalarımız nəzərdə tutulur. Bolkart müştəriləri üçün əlverişli şərtlər və ballar qazandıran kampaniyalar olacaq"

Ən sərfəli krediti almaq üçün müraciət et