Kreditə əlçatanlıq təkmilləşdirilir | Banco.az

Kreditə əlçatanlıq təkmilləşdirilir

Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, qurumun bankların kreditləşmə istiqamətindəki rəhbər şəxslərinin üzv olduğu "Kredit işi" Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda kreditləşmənin və kreditə əlçatanlığın təkmilləşdirilməsi məqsədilə banklardan toplanılan təkliflərə yenidən baxılıb, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Sonda məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı bu qurumun üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç