Kredit sığortası sığortaçılara ciddi zərər yetirir | Banco.az

Kredit sığortası sığortaçılara ciddi zərər yetirir

Azərbaycanda 2016-cı ildə kredit sığortası üzrə ödənişlər yığımları 3 dəfəyə yaxın üstələyib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir.

Məlumata görə, ötən il sığorta şirkətlərinin kredit sığortasından daxilolmaları 21 326 manat təşkil edib. Əvəzində sığortaçılar qaytarılmamış kreditlərə görə 56 047 manat ödəniş edib.

Ən sərfəli kredit üçün müraciət et

Başqa sözlə, kredit sığortası üzrə ödəniş/yığım nisbəti 2,63 dəfə olub. Halbuki, 2015-ci ildə sığorta şirkətləri kreditlərin sığortalanmasına görə topladıqları sığorta haqqının 23%-ni ödənişə yönəldib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et