Kredit risklərinin sığortalanması haqqında qanuna ehtiyac var | Banco.az

Kredit risklərinin sığortalanması haqqında qanuna ehtiyac var

“Azərbaycanda “kredit risklərinin sığortalanması haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır, bu qanuna ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlərlə bağlı mümkün gərginliyi azalda bilər.

Ən sərfəli kredit üçün müraciət et

Deputat həmçinin bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Ə.Məsimli həmçinin təhsil kreditləri ilə bağlı qanun layihəsinin qəbulunun sürətləndirilməsini təklif edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et