Kredit: Necə etmək lazımdır ki, bank səni aldatmasın | Banco.az

Kredit: Necə etmək lazımdır ki, bank səni aldatmasın

Kredit götürmək haqqında balaca bir məqalə yazmaq qərarına gəldim. İpoteka və ya avtomobil kreditləri mövzusuna toxunmadan və ayrıca kredit növləri ilə bağlı çox saylı incə məqamlara dəymədən, “ümumi kredit” haqqında nə isə yazmaq istədim.

Təsəvvür edin ki, siz dükana gəlirsiniz və misal üçün bir ədəd çörək alırsınız. Onun üzərində qiymət 30 qəpik göstərilmişdir. Siz kassaya yaxınlaşırsınız və sizə deyirlər ki, 45 qəpik ödəməlisiniz! 30 qəpik çörəyə görə, 10 qəpik onun dükanda saxlanmasına görə, 3 qəpik onun satıcı tərəfindən sizə təqdim edilməsinə görə və 2 qəpik kassa xidmətinə görə». Bu nə sayıqlamadır-deyə reaksiya verirsiniz? Bir qayda olaraq kredit götürülməsi də məhz bu tip sayıqlama kimi keçir. 

Bizə nə vacibdir? Kredit alaraq, biz bankdan xərclərimizə görə hər hansı bir məbləğ götürür və sonra müəyyən müddət ərzində onu geri qaytarmalıyıq. Ilk növbədə bizi bu kreditin bizə neçəyə başa gəlməsi maraqlandırır. Yəni bizi kreditin tam dəyəri maraqlandırır. Tam dəyər dedikdə krediti verən təşkilatın və ya mərkəzi bankın prizmasından tam dəyər yox, kreditin bizə başa gəldiyi dəyər nəzərdə tutulmalıdır. Axı mahiyyət etibarı ilə bizim üçün pulu kimə ödəyəcəyimizdə heç bir fərq yoxdur. Faizləri və komisyon haqlarını banka, sığorta haqqının ödənişini sığorta şirkətinə və s. Əgər bu pulları ödəmək lazımdırsa, deməli mənim üçün bu pul, kreditin dəyərinə daxildir. Bankın və onun tərəfdaşlarının bu pulu öz aralarında necə böləcəyi isə mənim heç vecimə deyil.

Nədən başlamaq lazımdır? Ilk növbədə bankın həmin krediti vermək üçün hansı tələblər irəli sürdüyünü ayırd etmək lazımdır, yəni bankın kredit işçisindən öyrənmək lazımdır ki, sizin bu krediti almaq şansınız varmı və onu istəməyə dəyərmi? Bankın tələbləri gəlirlik səviyyəsinə, yaşa, təhsilə, ailə vəziyyətinə və bir sıra digər faktorlara dair ola bilər. Burda unutmaq lazım deyil ki, kredit heç də sizin danılmaz haqqınız deyil. Bank sizə öz pullarını borc verir və onun tam haqqı var ki, bu pulu sizə verib-verməyəcəyinə dair qərar versin. Yəni istənilən bir əsasla onların sizə imtina etmək hüququ var. Bu zaman öz haqlarını saymaq və ya hay küy qoparmağın heç bir mənası yoxdur. Sadəcə anketi doldurmaq, tələb olunan sənədləri təqdim etmək və gözləmək lazım gələcək.

Təsəvvür edək ki, bankın razılığını almışıq. Xatırlayın ki, siz bankla kredit verilməsi barədə müqaviləyə imza atmayana qədər krediti götürməmiş sayılırsınız və istənilən an ondan imtina etməyə hüququnuz vardır və bu zaman banka heç bir borcunuz yoxdur. Hələ üstəlik siz bankdan kredit müraciətinin baxılması zamanı təqdim etdiyiniz şəxsi sənədlərinin məhv edilməsini də tələb edə bilərsiniz və bank heç bir sual vermədən onları məhv etməyə borcludur. Yəni sənədlərdə və bankın bazasında sizin adınız və şəxsiyyət vəsiqənizin nömrəsi haqqında heç bir iz və xatırlatma qalmalı deyil.

Amma, belə götürək ki, bu kredit sizə həqiqətən lazımdır. Bu zaman bank sizə standart bir müqavilə təklif edir və siz onu diqqətlə oxuyursunuz. Müqavilənin məzmunu nədən ibarətdir? Müqavilədə sizin götürdüyünüz məbləğ, kreditin müddəti, ona görə ödəniləcək faizlər, sizin adınıza açılan hesablar, aldığınız sığorta (əgər varsa), vaxtından əvvəl borcun bağlanmasının şərtləri, gecikdirmə zamanı cərimə sanksiyaları, müqaviləyə görə ödəniş cədvəli və  «kreditin tam dəyəri», yəni effektiv faiz dərəcəsi də göstərilir. Bu «tam dəyər» əslində elə də tam deyil. Sizin bir sıra digər xərcləriniz isə müqavilədə əks olunmayıb. Məsələn nağd pulun mədaxilinə və məxaricinə görə komisyon haqlar orda əks olunmayıb, onlar ilə bank xidmətlərinin cari tarifləri bölməsində tanış olmaq mümkündür.  

İndi kreditin əsl tam dəyərini hesablayırıq

1) Siz nə qədər pul alırsınız?

Əvvəlcə müəyyən edin ki, sizə pul hansı formada (nağd və ya nağdsız) lazımdır və onu sizə hansı formada verəcəklər. Əlbəttə əgər siz evinizin təmiri üçün günəmuzd ustalar ilə danışmızsınızsa, sizə nağd pul lazım olacaq. Amma sizi divarın yarısı boyda televizor alırsınızsa və ya övladınızın təhsil haqqını ödəyirsinizsə, nağdsız ödəniş sizin üçün daha münasib və sərfəli olacaq. 

Adətən banklar krediti nağdsız formada təqdim edirlər. Yəni sizə cari hesab açır və kredit məbləğini ora daxil edirlər, ya da sizə plastik kart təqdim edir (o da bankdan asılı olaraq pullu və pulsuz ola bilər) və pulları kartlı hesaba köçürürlər. Adətən pullar kassadan götürüldükdə komisyon xərcləri tutulur.  Kartdan isə pulu komisyon haqqı çıxılmadan (adətən öz rayonunda), həm də komisyon haqqı tutulmaqla da çıxartmaq olar.  Nağdsız ödənişlərə görə də adətən hesabdan komissiya haqqı tutulur.  

Bundan əlavə bank sizdən dərhal müqavilənin imzalanmasına və ya ssuda hesabının açılmasına görə də, sığorta ödənişinə, kart verilməsinə və ya cari hesabın açılmasına görə də komisyon xərci tuta bilər.

Beləliklə, 

Ən sərfəli kredit üçün müraciət et

Nağd kreditin real məbləği = müqavilə üzrə verilən məbləğ – [sığorta haqqı] –[kredit verilməsinə görə komisyon haqqı] – [ssuda hesabının açılmasına görə komisyon haqqı] – [cari hesabın açılmasına görə komisyon haqqı] – [plastik kart verilməsinə görə komisyon haqqı] – [kassadan nağd pul çıxarılışına görə komisyon haqqı] – [kartdan nağd pul çıxarılışına görə komisyon haqqı] 
Nağdsız kreditin real məbləği = müqavilə üzrə verilən məbləğ –[sığorta haqqı] – [kredit verilməsinə görə komisyon haqqı] – [ssuda hesabının açılmasına görə komisyon haqqı] – [cari hesabın açılmasına görə komisyon haqqı] – [plastik kart verilməsinə görə komisyon haqqı] – [vəsaitlərin nağdsız ödəniş vasitəsilə köçürülməsinə görə komisyon haqqı] 

Bəzi ödənişlərin dördkünc mötərizələrdə verilməsi onu göstərir ki, bankın şərtlərindən  və sizin pulu necə götürəcəyinizdən asılı olaraq bu ödənişlər mövcud ola da bilər, olmaya da bilər. (sadalanmış komisyon haqlar –mənə mövcudluğu məlum olan maksimum ödənişlərdir). Nəzərə alın ki, bankın insafsızlıq dərəcəsindən asılı olaraq, o, bu mərhələlərdən istənilən birində sizi əməlli başlı soya bilər. 
2) Siz nə qədər ödəyəcəksiniz?

Yuxarıda biz bankdan real olaraq nə qədər pul əldə etdiyimizi hesabladıq. İndi, gəlin ona bizim nə qədər ödəyəcəyimizi hesablayaq.   
Bank sizdən böyük bir ödənişlər spektri tuta bilər: əsas borc, kredit üzrə faizi dərəcələri (yəni sizdən eyni zamanda həm illik, həm də aylıq faiz dərəcəsi tutula bilər), adətən isə faiz dərəcələri illik göstərilsə də aylıq ödənilir), bundan əlavə cari hesaba görə illik ödəniş, plastik kartla xidmətə görə illik ödəniş, kreditin ödənilməsi zamanı kassa vasitəsi ilə hesaba və ya karta pul daxil edilməsinə görə  komisyon haqqı.

Nağd ödənişlə kreditin bağlanması zamanı ödənilən real məbləğ = əsas borcun məbləği+ kreditə görə bütün faiz növlərinin məbləği +[cari hesabın saxlanmasına görə ödəniş] + [plastik kartla xidmətə görə ödəniş] + [kassa vasitəsi ilə ödəniş daxil edilməsinə görə komisyon haqqı] + [bankomat və terminal vasitəsi ilə  hesaba pul daxil edilməsinə görə komisyon haqqı]. 

Nağdsız ödənişlə kreditin bağlanması zamanı ödənilən real məbləğ = əsas borcun məbləği+ kreditə görə bütün faiz növlərinin məbləği +[cari hesabın saxlanmasına görə ödəniş ] + [plastik kartla xidmətə görə ödəniş] + [cari hesaba nağdsız ödəniş vasitəsi ilə edilən köçürməyə görə komisyon haqqı].

3) Effektiv faiz dərəcəsi

 Effektiv faiz dərəcəsinin hesablanması kifayətə qədər çətindir, yəni əslində onu çətinləşdirən ödəniş qrafikindən və oradakı ödəniş müddətlərindən, gecikmələrdən asılılığıdır. Bu azalan qrafik üzrə kredit ödənişi (bu zaman ilkin ödənişlər maksimal olur, getdikcə ödənişin miqdarı azalır, həmçinin annütet cədvəli üzrə kredit ödənişi (yəni aylıq ödənişlər bir miqdarda olur), əsas borcun ödənilməsini gecikdirməklə olan kredit ödənişi  də ola bilər (yəni ilkin aylar yalnız faizləri ödəyirik, əsas borcun ödənişinə isə sonra başlayırıq). Bütün bunlardan asılı olaraq effektiv faizin hesablanması dəyişə bilər. Əgər siz onu sərbəst hesablamağı bacarırsınızsa, yəqin ki mənim məsləhətim sizə gərək olmayacaq. Amma əgər məsləhətə ehtiyacınız varsa, demək bu hesablama həddindən çox mürəkkəbdir. 

Əgər kredit 12 aylıq götürülübsə, annütet cədvəli üzrə illik nominal faiz 36% olarsa, effektiv faizi  təqribən 20,2 faiz edir. (bu rəqəmi almaq üçün nominal faiz dərəcəsininin 56,12-ni tapmaq lazımdır)  36*56,12/100=20,2%

4) Vaxtından əvvəl borcun bağlanması

Əgər kreditlər üzrə ödəniş sizin imkanlarınızın son həddi deyilsə, onda krediti vaxtında öncə bağlamaq haqqında da düşünmək lazımdır. Bu halda siz kreditə görə faizləri, hesab və karta görə komisyon haqlarını müqavilədə göstərilmiş müddətə görə deyil, krediti qaytardığınız real müddətə görə ödəyəcəksiniz. Yəni siz krediti qaytarandan sonra dərhal kartınızı və hesabı bağlatdıra bilərsiniz. 
Amma. Banklar adətən vaxtından öncə kreditin bağlanma müddətini məhdudlaşdırır (məsələn müqavilənin başlamasından yarım il tez olmamaq şərti ilə), ya da bir qayda olaraq buna görə əlavə komisyon haqqı tətbiq edirlər. 

5) Gecikdirmə

Gecikdirilmiş borca görə bank kreditin adi faiz dərəcəsindən xeyli çox olan əlavə faiz dərəcəsi tuta bilər. Bununla yanaşı onların üzərinə əlavə cərimə penyaları da hesablanır. Siz müqaviləni imzalayarkən bütün bunlarla razılaşdığınızı bildirirsiniz, sonra nə isə dəyişmək çox gec olacaq. Ali məhkəmənin belə bir qərarı vardı ki, cərimə sanksiyalar bankın real itkiləri ilə mütənasib olmalıdır, amma cərimələrin mütənasib olmadığını sübut etmək üçün gərək siz məhkəməyə baş vurasınız.  Bəs, bu sizə lazımdır?

Ən sərfəli krediti almaq üçün müraciət et