Kredit kartlarının kəşfi nə vaxtdan başlayır? | Banco.az

Kredit kartlarının kəşfi nə vaxtdan başlayır?

Bütün ödənişlərin onlayn aparıldığı dövrdə həyatımızı bank kartları olmadan təsəvvür etmək mümkün deyil. Bəs bu kartların nə vaxt və kim tərəfindən yarandığını heç düşünmüsünüzmü?

Bu kartların son dövrlərdə aktual olmağına baxmayaraq kökləri XIX əsrin əvvəllərinə qədər gedib çıxır. İlk kartın yaranmasında bu günə qədər inkişaf mərhələsi keçmiş və müasir kartlar kimi formalaşmışdır.

İlk dəfə kartlar neft-qaz şirkətləri tərəfindən ilk mağaza (müştəri) kartı istifadə olunmuşdur. Bank kredit kartı isə 1946-cı ildə John Beggins tərəfindən yaradılmış və o bunu “Charge-it” adlandırmışdır. Bundan sonrakı kartlar 1950-ci ildə Frank McNamaranın adı ilə bağlıdır. Belə ki, bir gün Frank Diber’s Clubda yeməkdən sonra ödəniş zamanı üzərində nağd pulun olmadığının anlayır. Bu hadisə Franka kredit kartlarını yaratmaq ideyasını verir. Yaranmış problemin təkrarlanmaması üçün  Diber kartlarını yaratmaq qərarına gəlir.

1958-ci ildə American Express özünün ilk ödəniş kartlarını yaratdı. Eyni ildə VİSA kartları BankAmericard adı altında istifadəyə buraxıldı və 1966-cı ildə artıq bu kart ümumi məqsədlər üçün istifadə olunan ilk kart oldu. 1960-cı ildə kredit kartlarında maqnetik doğrulama zolağı tətbiq olunmağa başlandı.

Ən sərfəli kredit üçün müraciət et

VİSA kartlarından sonra 1966-cı ildə artıq MasterCardlar yaradılmağa başlanıldı. Lakin bu kart əvvəllər Kaliforniya banklarının kolleksiyası üçün nəzərdə tutulurdu.

İlk komputer çipi olan kredit kartları isə American Expressin Blue Card adlı kredit kartları idi ki, 1999-cu ildə istifadəyə verildi.

Ödənişlərin daha sürətli aparılması üçün, nəhayət, 2014-cu ildə Apple Pay ilk mobil ödəniş texnologiyası kimi həyatımıza daxil oldu.

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et