"Kredit aktivliyinin aşağı düşməsi iqtisadi artıma neqativ təsir göstərir" | Banco.az

"Kredit aktivliyinin aşağı düşməsi iqtisadi artıma neqativ təsir göstərir"

Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır. 

Bu, Mərkəzi Bank faiz qərarı ilə bağlı yaydığı açıqlamasında qeyd edilib.

Bildirilib ki, yanvar-aprel aylarında kredit qoyuluşları 0.1%, o cümlədən hüquqi şəxslər üzrə 2.7% azalmışdır: "Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir".

Açıqlamada qeyd edilib ki, May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6% artmışdır ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır. 

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.

Ətraflı: Mərkəzi Bank faiz qərarını açıqladı

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et