Kreativ düşüncələr-ixtiralar | Banco.az

Kreativ düşüncələr-ixtiralar

Mən bir dəfə əfsanəvi reklamcı Carl Ally’dən “kreativ insan kimdir” deyə soruşdum. O,belə cavablandırdı: “Kreativ insan çoxbilmiş olmaq istəyən insandır. O, hər şey haqda - qədim tarix, 19-cu əsrin riyaziyyatı, mövcud istehsal texnikaları və s. bilmək istəyəndir. Çünki o, bilir ki, bu öyrəndikləri ona nə vaxtsa yeni bir ideya olaraq qayıdacaq. Bu bəlkə də 6 dəqiqə ya da 6 il sonra baş verəcək. Ancaq o, insan inanır ki, bu nə vaxtsa mütləq olacaq.”

Mən onunla tamamilə razıyam. Elm həqiqətən də yeni ideyalar yarada bilir. Ancaq yenə də, elm təkbaşına insanı kreativləşdirə bilməz.  Elə insanlar var ki, onlar çox şey haqda bilsələr də kreativ ola bilmirlər. Çünki onlar bildiklərindən istifadə etməyi bacarmırlar. Amma elə kreativliyin əsl yolu da bildiyindən necə istifadə etməyindədir.  Kreativ düşüncə - bilik və təcrübələrinə müxtəlif tərzdə yanaşma bacarığıdır. Dəlilik, ağılsızlıq və mümkünsüz kimi görünən fikirlər əslində yararlı yeni ideyaların ilk addımlarıdır. Sən bəzən bütün qaydaları poza  və qeyri-adi ideyalar kəşf edə bilərsən.  Qısacası, kreativ yanaşma tərzi ilə sən özünü həm dəyişikliklərə, həm də yeni imkanlara aça bilərsən.

Buna ən yaxşı misal olaraq JOHANN GUTENBERG’in adını çəkmək olar. O, iki birbiriylə əlaqəsi olmayan ideyanı birləşdirdi: şərab maşını və sikkə kəsən maşın hazırladı. Onun hazırladığı şərab maşını hələ də üzüm şərabı istehsalında istifadə olunur. Bir gün Gutenberg, 1-2 qədəh şərab içdikdən sonra zarafatla öz-özündən soruşur: “ Əgər mən bu sikkələrdən götürüb şərab maşının altına qoysam ,onda onların şəkli kağıza çıxar?”  Və bunun nəticəsi olaraq çap maşını yarandı.

Ən sərfəli kredit üçün müraciət et

Hərbi Dəniz Donanması Admiralı Grace Hopper qeyri-peşəkar komputer istifadəçilərinə nanosaniyənin mənasını izah etməliydi. (Nanosaniyə-saniyənin milyardda biri və super komputerin işlədiyi vaxt intervalı.) Və bunu sadə yolla başa salmalı idi. “Mən onlara sadəcə saniyənin milyardda birində gedə biləcəkləri məsafəni  izah elədim. 30 sm’lik  ipi onlara göstərdim və dedim : “Bu nanosaniyədir. “

1792-ci ildə fransız musiqiçi JOSEPH HAYDN’nin orkestrası üzgün idi, çünki Duke onlara söz verdiyi tətili təxirə salmışdı. Musiqiçilər Haydn’dən Duke ilə danışmaöı xahiş edirlər. Haydn bir qədər düşünür və qərara gəlir ki, Duke ilə musiqi yoluyla danışsın. Və “Farewell Symphony” (Vida Simfoniyası) yazır. Bütün orkestr ilə bir yerdə ifa edir və ancaq bu çox az instumentə ehtiyacı olan bir əsər idi. Hər musiqiçi öz ifasını bitirdikdən sonra, şamını söndürür və səhnəni tərk edirdi. Onlar səhnə tamamilə boş qalana qədər bir-bir bunu edirlər. Duke məsələni anlayır və onalara söz verdiyi tətili verir.

Bir gün Pablo Picasso evinə gedəndə yolda köhnə bir velosiped görür. Ona bir qədər baxdıqdan sonra onun oturacaq yerini və rulunu çıxardıb götürür. Daha sonra isə onları bir-birinə qaynaq eləməklə ”The head of a bull”-Öküz başı düzəldir.

Davamı var...

Banco.az

Aytən Hacımuradova

Ən sərfəli krediti almaq üçün müraciət et